Startap sərmayəçiləri Süni İntellektdən istifadə edirlər

    Dünyada baş verən qlobal karantin rejiminə baxmayaraq, vençur kapitalistləri, bir milyard dollar dəyərində olan startaplara, yəni təkbuynuz (unicorn) şirkətlərinə maraqlarını daha çox artırırlar.

    İngiltərənin qabaqcıl texnologiya sərmayəçilərindən biri olan Rob Naez (Rob Kniaz), öz bağının kölgəliyində oturub həmişə olduğu kimi növbəti video zənglərini izləyir. Zoom proqramın görüntü pəncərəsinin arxa fonunda, Nyu-Yorkdakı göydələnlərin birində yerləşən lüks ofisin mənzərəsi görünür. Pandemiya dövründə, təkbuynuz startapları axtarmaq üçün küllü miqdarda sərmayə xərcləyən texnologiya sərmayəçiləri üçün bu adi haldır. Bu ayın əvvəlində Naezin sahiblik etdiyi Hoxton Ventures şirkəti, Avropa şirkətlərinə himayədarlıq etmək üçün yeni 100 milyon dollarlıq fondun yaradılması haqqında elan etdi.

    Rob Nayez (soldan birinci), Hüseyn Kanji (mərkəzdə)

    Rob Naez, yeni biznes ortağı Hüseyin Kanji (Hussein Kanji) ilə birlikdə, vaxtilə Hoxton Ventures şirkətinin sərmayə yatırdığı Deliveroo (qida çatdırılma xidmətləri), Darktrace (kiber təhlükəsizlik şirkəti) Babylon (rəqəmsal səhiyyə xidmətləri biznesi) şirkətləri kimi startapları əldə etməyə çalışır. Ancaq təəssüf ki, hal-hazırda “təkbuynuz” ovçuları presedentsiz dövrləri yaşayırlar. Təsisçilərlə fiziki görüşlər təşkil etmək çətin olduğundan, müqavilə bağlamaq üçün video zənglərdən istifadəsi etməli olurlar. Bir çoxu karantin səbəbi ilə sərmayələrini dondurdu, buna baxmayaraq, startap layihələrinin qeyri-müəyyənliyində xeyir görənlər də var.

    Naezin sözlərinə görə, Londondakı bütün fondların 25-30%-i dondurulub və vençur kapitalı üzərində gedən güclü mübarizə, bir növ qızıl hərisliyinə çevrildi. Aprel ayında Londonda fəaliyyət göstərən digər bir şirkət – Index Ventures yeni fondlara 2 milyard dollar sərmayə yatırtdı. Şirkət direktoru Ari Helgason maliyyə bazarını xüsusilə izləmədiklərini söylədi.

    Vençur kapitalistləri, Avropanın minlərlə şirkətləri arasından, potensial gəlirli və beynəlxalq bazara çıxa biləcək layihələri tapmaq üçün bir çox təsisçilərlə görüşlər təşkil etməli idilər. Ancaq hal-hazırda, pandemiya səbəbindən, bunu etməkdə çətinliklərlə qarşılaşırlar. Vençur kapitalistləri, dünyadakı insanlar və startap layihələri haqqında məlumatlar saxlanan gizli verilənlər bazalarını təkminləşdirmək üçün, pandemiya sayəsində yaranan vaxtlardan səmərəli istifadə edirlər.

    İsveçin EQT Ventures fond şirkəti, Londonda yerləşən ofisi ilə, gəlirli sövdələşmələrin axtarışı üçün Motherbrain (Ana beyni) adlı süni intellekt izləmə sistemini yaratdı. Hoxton Ventures şirkəti də oxşar izləmə sistemini yaratmışdı və onun sayəsində Naez hal-hazırda bağında oturaraq işləyə bilir. Bu sistem, insanları və şirkətləri izləyir, sürətlə inkişaf edən startap layihələri haqqında məlumat verir.

    Rumıniyada hər hansı bir şirkət ümidverici görünürsə, vaxtımın yarısını ora getməyə sərf etmədən, şübhəsiz ki, qısa müddətə, onun haqqında ətraflı məlumat almaq istərdim. Şirkətləri əldən qaçırdığımıza və ya qısa zamanda reaksiya verə bilmədiyimizə səbəb olan addımlar haqqında çox düşündüm. Bunun təkrarlanmaması üçün gələcəkdə istifadə edəcəyim bütün amilləri özüm üçün müəyyənləşirdim. Hətta pandemiya və karantin dövrlərində, vençur kapital biznesində baş verən dəyişiklərə baxmayaraq, bizim verilənlər bazasında indi də bir çox yeni perspektivli startap layihələri görsənir.

    Rob Naez söylədi.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.