TikTok, Android istifadəçilərinin MAC ünvanlarını izləyirdi

The Wall Street Journal xəbər verir ki, ötən ilin sonuna qədər TikTok sosial video tətbiqetməsi, Android cihazlarının MAC ünvanları vasitəsi ilə istifadəçilərini izləmə aktını gizlətmək üçün əlavə şifrələmə qatından istifadə edirdi. Nəticədə, Google siyasəti pozulurdu və istifadəçilərə bu izləmə forması barədə məlumat verilmirdi.

Təhlil göstərdi ki, şirkət tərəfindən gizli izləmə, ABŞ dövləti tərəfindən tətbiqetmə yoxlanılmağa başlandıqdan sonra, noyabr ayında dayandırıldı. Ancaq ən azı 15 ay ərzində TikTok, istifadəçilərin xəbəri olmadan dəyişməz identifikatorunu toplayırdı.

MAC ünvanı, internetə qoşulmuş hər bir qurğuya təyin edilmiş unikal, dəyişməz identifikasiya nömrəsidir. Profilləmək məqsədlərinə və ya reklam hədəflənməsinə görə fərdi istifadəçini müəyyən etmək üçün istifadə edilə bilər. Yəni, MAC ünvanı sayəsində, istifadəçini eyni cihazla uyğunlaşdıraraq yenidən müəyyənləşdirməyə imkan verir və bununla da istifadəçinin silmək istədiyi bütün əvvəlki profillərlə əlaqələndirməyə şərait yaradır. İstifadəçilərin MAC ünvanlarını əldə etmək üçün, TikTok, bu günə qədər Google şirkətinin tam olaraq aradan götürə bilmədiyi Android əməliyyat sistemindəki məlum olan proqram səhvindən faydalanmışdır.

TikTok şirkətinin nümayəndəsi bu faktı inkar etmədi, lakin şirkətin ABŞ istifadəçiləri haqqında məlumatlarını Çin hökumətinə heç vaxt təqdim etmədiyini bir də təkrarlayaraq bəyanat göndərdi. ABŞ hökuməti, Çin şirkətlərindən Çin Kommunist Partiyasına istifadəçi məlumatlarına çıxış təmin etməyi tələb edən dövlətin internet təhlükəsizlik qanunvericiliyinə istinad edir və bununla da TikTok şirkətinin bu qanuna tabe olmağa imtina etməsinə dair iddialarına inanmaq çətindir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.