TikTok, iyul ayında digər tətbiqlərdən çox pul qazandı

Çin qısa video axın (yayım) tətbiqi olan TikTok, Hindistan və İndoneziyada qadağan edildi. Ən böyük xarici bazardan birini itirməsinə baxmayaraq, TikTok, iyul ayında dünyanın ən populyar qeyri-oyun tətbiqi olaraq qalır. Sensor Tower analitik şirkətin aylıq hesabatında, TikTok tətbiqindən gələn gəlirin, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə artaraq 102,5 milyon dollara çatdığı bildirildi. Bunun səbəblərindən biri, gəlirlərinin təxminən 89%-nin hələ də Çindən gəldiyi ola bilər.

TikTok şirkətinin gəlirlərini artıran digər amil, pandemiya səbəbindən ümumi onlayn tətbiq bazarındakı artımdır. Sensor Tower, 2020-ci ilin ilk yarısında qlobal tətbiq gəlirlərin 50 milyard dolları ötərək, keçən ildən 23% artım olduğunu qeyd etdi. TikTok tətbiqi, Google Play StoreApp Store dükanlarında 421 milyon dollar qazanaraq TinderYouTube tətbiqlərin ardınca siyahıda üçüncü oldu.

TikTok başqa beynəlxalq bazarı itirə bilər. ABŞ prezidenti Donald Tramp, Çin tətbiqetməsinin 15 sentyabr tarixinə qədər Amerikalı alıcıya satılmadığı təqdirdə ölkəsində qadağan ediləcəyini söylədi. Microsoft, ABŞ-da TikTok almaq üçün danışıqların getdiyini təsdiqlədikdən sonra, TikTok şirkətinin bazar dəyərinə 77 milyard dollar əlavə edildi.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.