Toshiba rəsmi olaraq noutbuk istehsalı biznesini dayandırdı

The Verge nəşri məlumat verir ki, Toshiba, səhmlərin qalan hissəsini Sharp şirkətinə təhvil verərək noutbuk biznesini birdəfəlik tərk etdi. Beləliklə, fərdi kompüter bazarında 35 illik tarixinə son qoydu.

İki il əvvəl, Toshiba artıq biznesin 80,1 faizini Sharp şirkətinə 36 milyon dollara satdı və yeni bölmənin adı Dynabook olaraq dəyişdirildi. Sharp iyun ayında geri qalan 19.1 faiz payını almaq hüququndan istifadə etdi və avqustun 4-də Toshiba sövdələşməni başa çatdırmaq haqqında bəyanat verdi.

Bu sövdələşmə nəticəsində Dynabook bölməsi, Sharp şirkətinin tamamilə sahib olduğu törəmə müəssisəsi oldu.

Toshiba açıqlamasında qeyd etdi.

Şirkət ilk kompüter noutbukunu 1985-ci ildə buraxdı. T1100 noutbuku, qidalandırıla bilinən daxili batareya, 3,5 düymlük disket oxuyucusu və 256KB yaddaşla fərqlənirdi. Toshiba rəhbərləri noutbuk bazarının sərfəli iş olduğuna əmin deyildilər, amma son nəticədə bu biznesə girmək qərarına gələrək T1100 noutbukunu 2000 dollara satmağa başladılar.

1990-cı illərdən 2000-ci ilin əvvəllərinə qədər Toshiba aparıcı kompüter istehsalçılarından biri idi. Lakin, rəqib sayı artdıqca və Toshiba noutbuklarının fərqli xüsusiyyətlərinin sayı azaldıqca, populyarlığı da azalmağa başladı. Sharp ilə sövdələşmə zamanı Toshiba şirkətinin fərdi kompüter bazarındakı noutbuk satma payı 2011-ci ildə 17.7 milyon ədəddən, 2017-ci ildə 1.4 milyona qədər azaldı.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.