USB fləş ölçüsündə yeni mini kompüter

60-70 il öncə ən sadə hesablama tapşırıqları yerinə yetirmək üçün istifadə edilən kompüterlər çox mərtəbəli geniş otaqlar tələb edirdi, amma, indi kompüterləri özümüzlə aparmağımız adi haldır. Kompüter texnologiyalarının inkişafı, artıq komponentlərin nanometrlərdə ölçülməsi səviyyəsinə çatdı.

TechRadar Pro nəşri bildirdi ki, hesablama texnologiyasında daha bir irəliləyiş – USB fləş kartdan böyük olmayan Android əsaslı fərdi kompüter aşkar etdi. Bu cihaz T98 Mini adlanır və ölçüsü 38 x 89 x 15 millimetrdir.

T98 Mini, həmçinin 4GB DDR3 operativ və 32GB eMMC daxili fleş yaddaşa malikdir. Mini kompüter dörd nüvəli Cortex-A53 mərkəzi və Mali-T720 qrafik prosessorları ilə təchiz edilmiş Allwinner H6 sistem çipi üzərində işləyir. Məlumata görə, cihaz hətta 6K qətnaməsini belə dəstəkləyə bilər.

Monitora qoşulmaq üçün cihazın HDMI 2.1 çıxışı var və 60 Hz tezliyində 4K qətnaməsini dəstəkləyir. Ölçülərin kiçik olmasına baxmayaraq, cib kompüterində iki mikro USB portu (biri OTG, o biri qidalanma üçün), USB 3.0 portu və hətta microSD kart yuvası mövcuddur. Ancaq cihazda Wi-Fi 802.11ac və səs çıxışı kimi bir neçə komponent mövcud deyil.

Cihaz əvvəlcədən quraşdırılmış Microsoft 365Google G Suite ofis tətbiqetmələri ilə Android 9.0 əməliyyat sistemindən istifadə edir.

Bütün funksionallıq və ölçü üstünlükləri ilə T98 Mini kompüteri, Banggood saytında cəmi 45 dollara satılır.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.