Windows 10-da yeni bir səhv tapıldı – “rəqs edən nişanlar”

    Windows 10 sisteminin 2004-cü versiyasında bəzi istifadəçilər tapşırıqlar panelində nişanların qeyri-adi hərəkətlərini aşkar ediblər. Məlum olub ki, bu istisna hal deyil. Bu cür hallar, axrıncı böyük yenilənmənin quraşdırılmasından sonra baş verir.

    Qeyd etmək lazımdır ki, problem sensorlu ekranları olan cihazlarda aşkarlanır. Əsas “səbəbkar” cihazların drayveridir ki,  naməlum səbəbdən xətalar yaradır və səhv komandalar verir.

    Hal-hazırda, Microsoft şirkəti öz səhvini açıq şəkildə etiraf etmir və düzəlişləri də dərc etmir. Bu səbəbdən bugünkü gün üçün problemin iki əsas həlli var: drayverin ən son versiyasına kimi yeniləmək (mövcud olduqda) və ya sensorlu ekranı söndürmək.

    Başqa bir variant isə sistem yenilənməsini geriyə qaytarmaqdır, lakin çox güman ki, bu sistemin tamamilə yenidən qurulmasından və ya əvvəldən yaradılanın bərpa nöqtəsinə qayıtmasından sonra mümkün olacaq.  Bu variantlar da uyğun gəlməzsə, planşet rejimini söndürməyə cəhd etmək lazımdır. Qeyd edək ki, bunlar yalnız müvəqqəti bir həll yoludur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.