Tenet filmi Amerikadan öncə digər ölkələrdə premyera ediləcək

Variety nəşrinin sözlərinə görə, Tenet filmin ilk premyerası 26 avqustda Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Koreya, Rusiya və İngiltərə daxil olmaqla 70 ölkədə keçiriləcək, daha sonra Kanadada avqustun 27-də trillerin debütü baş tutacaq.

MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrində, çox güman ki, Azərbaycan daxil olmaqla, filmin premyerası sentyabrın 10-na təyin edilib.

Daha əvvəl Warner Bros qeyd etdi ki, Tenet filmin premyerasını öncə digər ölkələrdə təşkil edə bilər, çünki ABŞ-da davam edən COVID-19 pandemiyası səbəbindən film dəfələrlə təxirə salınır.

Koronavirusla mübarizədə daha böyük müvəffəqiyyətə nail olan ölkələr sosial uzaqlaşma qaydaları ilə kinoteatrları açmağa başladılar.

Bu arada, Çin, 2 saatdan çox olan filmlərin, eyni zamanda 2 saat 20 dəqiqə davam edən Tenet filminin kinoteatrlarda baxışına qadağa qoyub. Buna baxmayaraq, Warner Bros şirkəti ümid edir ki, Çin, filmin premyerası ərəfəsində bu qaydaları zəiflədəcək.

Qeyd etmək lazımdır ki, Tenet filminin Amerikadan öncə digər ölkələrdə keçiriləcək premyerası, ilk növbədə vacib süjet elementlərin internetə sızması və piratların qeyri-qanuni olaraq filmi yayması risklərini artırır. Lakin Nolanın buraxılış tarixinin dəyişdirilməsi ilə bağlı israrlı tələbini nəzərə alaraq, Warner Bros şirkəti ABŞ-dan öncə başqa ölkələrdə böyük blokbasterin premyerasının təşkil etməsi misli görünməmiş addım hesab edir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.