Windows 10-da başqa bir problem aşkarlanıb – Defender-in daimi bildirişləri

    Microsoft bu yaxınlarda Windows 10 May 2020 Update yenilənməsini təqdim edib. Qeyd etmək lazımdır ki, sistemə bir sıra təkmilləşmələrin əlavə olunma səbəbindən, müəyyən problemlər yaranıb.

    Məlum olub ki, bəzi hallarda, hətta tam yoxlamadan sonra, yaranan təhlükə haqqında məlumat verən çoxsaylı Windows Defender bildirişləri peyda olunur.   

    Windows 10-da potensial olaraq xoşagəlməz proqramların yüklənməsinin və quraşdırmasının qabağını alan (bloklayan) xüsusi bir funksiya yaranıb.  

    Bu, sistemə potensial təhlükələri izləməyə imkan verir. Ancaq bəzi hallarda, sistem icazə verilən proqramlara da reaksiya göstərir. Quraşdırılmış antivirus, eyni faylı təhlükə kimi qəbul edir.  

    Problemi həll etmək üçün C:\Program Data\Microsoft\Windows Defender\Scans\History\Service ünvanına daxil olub, xoşagəlməz proqram haqqında məlumatları silmək lazımdır. Bundan sonra sistemi yenidən işə salmaq və sürətli skanlama keçirtmək lazımdır. Yeni aşkarlanmaya qədər heç bir bildirişlər olmayacaq.

    Microsoft şirkətində hələ ki, problemin mövcudluğunu təsdiqləməyiblər. Lakin,  zaman keçdikcə şirkətin forumlarında istifadəçilərin şikayətləri getdikcə artır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.