Xiaomi ağıllı unitazı, maksimal rahatlığı təmin edir

    Maksimum rahatlıq üçün oturacağın hündürlüyünü (415-dən 515 mm-ə qədər) tənzimləyə bilərsiniz.

    Xiaomi, özünün Youpin kollektiv maliyyələşdirmə platformasında, tam avtomatlaşdırılmış ağıllı tualet Jenner XS-i təqdim etdi. Məhsul, ənənəvi minimal üslubda hazırlanmışdır.

    Jenner XS tam avtomatik tualet, şirkət tərəfindən müstəqil hazırlanmış xüsusi ağıllı qaldırma texnologiyası ilə təchiz edilmişdir. Hər kəsin maksimum rahatlığı üçün, oturacağın hündürlüyünü istənilən yüksəkliyə qədər (415-dən 515 mm-ə qədər) tənzimləmək mümkündür. Hətta, boyu 90 sm olan uşaqlar da heç bir problem yaşamadan bu tualetdən istifadə edə biləcəklər.

    O yumşaq və effektiv suyun təmizlənməsi texnologiyası ilə təhciz edilmişdir. Suyun təmizlənməsindən sonra isti havanın təhcizatı aktivləşdirilir. Biri yaxınlaşdıqda qapaq avtomatik olaraq qalxır və istifadəyə ehtiyac olmadıqda qapaq avtomatik olaraq bağlanır, yəni əllərlə toxunmağa ehtiyac olmur.

    Unitaz üçün oturacaq, beş pilləli istilik nəzarətinə malikdir. Cihazın qiyməti təxminən 800 dollardır, ancaq, qiymətinə görə, qapağın əl ilə açılması versiyası, nisbətən daha əlverişlidir (665 dollar).

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.