Cankarlo Espozito (Giancarlo Esposito) tərəfindən ifa edilən Anton Kastilio (Anton Castillo) oyun personajı, əyalətidəki irimiqyaslı etirazlar fonunda oğlu ilə söhbətini göstərən video təqdimat vaxtından əvvəl Reddit və digər sosial şəbəkələrdə paylaşıldı.
Far Cry 6 oyunun rəsmi təqdimatın yayımı, 12 iyulda axşam Ubisoft Forward tədbiri zamanı baş tutmalı idi. Lakin artıq oyunun reklam təsviri və 18 fevrala təyin olunan buraxılış tarixi, PS Store dükanında sızdı. Yalnız buna görə də Ubisoft şirkəti, oyunu və haqqında sızan məlumatları vaxtından öncə rəsmi olaraq təsdiqləməli oldu.

Qeyd edək ki, Ubisoft şirkətinin istehsal etdiyi oyunlara həmişə böyük maraq olub və vaxtdan öncə məlumat sızmaları şirkət üçün artıq adi hala çevrilib.