Metacritic, bu ilin ilk yarısında iyirmi ən yaxşı video oyunların siyahısını dərc etdi. Qeyd edək ki, Metracritic qiymətləndirmə sistemi iki hissədən ibarətdir: mətbuat rəyləri və istifadəçi rəyləri. Mətbuat rəyləri 100 bal, istifadəçi rəyləri isə 10 bal sistemləri ilə dəyərləndirilir.
Altus və P Studio Yaponiya studiyaları tərəfindən hazırlanan və Sony konsolları üçün eksklüziv olan Persona 5 Royal oyunu, 71 mətbuat rəyləri əsasında toplanan 95 bal (2000 istifadəçi rəyi əsasında 8.1 bal) ilə siyahıda liderdir. Ehtimalların tam əksinə olaraq, Sony PlayStation 4 eksklüziv oyunu The Last of US part II birinci pilləyə çıxa bilməyərək 94 balla siyahıda ikinci yeri tutdu. Nəzərinizə çatdıraq ki, bu oyun istifadəçilər tərəfindən çox mənfi qarşılandı və ümumi olaraq 5.5 bal topladı. İlk “üçlüyü” Valve studiyasının hazırladığı Half-Life Alyx virtual reallıq döyüş oyunu 93 balla tamamladı.
90 bal toplamaqla Ori and the Will of the Wisps oyunu və həyat simulyatoru oyunu Animal Crossing: New Horizons üçüncü və dördüncü yerlərdə, Xenoblade Chronicles: Definitive Edition rol oyunu və Dreams qum qutusu oyunu isə 89 bal toplamaqla beşinci və altıncı yerlərdə qərar aldılar.
Doon Eternal 88 balla səkkizinci yeri, 87 balla Legends of Runeterra və Final Fantasy VII Remake oyunları doqquzuncu və onuncu yerləri tutmaqla ilk “onluğu” tamamladılar.
Monster Train və Desperados III 86 bal ilə 11-ci və 12 yerləri tutdular. Ardınca gələn Nioh 2 85 bal, Streets of Rage 4, Panzer Corps 2, Clockwork God Lair, If Found…, Deep Rock Galactic oyunların hər biri 84 bal və MLB The Show 20 ilə Command & Conquered Remastered Collection oyunları 83 bal toplamaqla 2020-ci ilin 20 Ən Yaxşı Video Oyunları siyahısını tamamlayırlar.