Ron Perlman yeni “Hellboy” filmindən imtina etməsinin səbəbini açıqladı!

    Qilermo del Toron-un  dilogiyasında baş rol ifaçısı Ron Perlman 2019-cu ilin “Hellboy” filmində oynaya bilərdi. Aktyora öz roluna qayıtmasını təklif etsələr də o, bu təklifdən imtina etdi.

    Comic Book Movie portalına verdiyi müsahibədə Perlman prodüserlərin təklifini niyə rədd etdiyini izah etdi. Hər şey rejissora olan sədaqətindən irəli gəlirdi.

    “Mənim bu filmdə iştirak etmə imkanım var idi, ancaq qərara gəldim ki,  Qilermo ilə çalışdığımız “Hellboy” versiyası mənə daha maraqlıdır. Ona görə də, mən yeni “Hellboy”dan tamamilə imtina etdim, ona baxmadım və onun haqqında qulaq asmadım” – dedi.

    Hətta, o qeyd etdi ki, üçüncü “Hellboy”u çəkməmələrinin yegənə səbəbi rejissorun işinin çox olması idi. “Rejissor del Toro ən məşğul iş adamlarından biridir. O, istəsəydi də, planında olan digər layihələr üzündən bu filmi çəkə bilməzdi”.

    Xatırladaq ki, Qilermo del Toro-nun “Hellboy” filmi  2004-cü ildə yayımlandı və dünyanın hər yerində izləyicilərin rəğbətini qazandı.

    Bu yaxınlarda, “Hellboy” filminin yeni versiyasında baş rolu oynayan Devid Harbor bildirdi ki, filmin uğursuz olmasının səbəblərindən biri Del Toro pərəstişkarlarının reaksiyası idi.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.