İki baş rolda oynayan Set Roqenin çəkildiyi “Amerika Xiyarı” komediyasının ilk treyleri

    Filmin baş qəhrəmanı Herşel Qrinbaum, şərqi Avropadan olan kasıb mühacirdir. O, ailəsi ilə birlikdə ABŞ-a köçür və xiyar turşusu fabrikində işə düzəlir. Bir gün, ehtiyatsızlıqdan tutma çəninə düşür və orada heç qocalmadan yüz ili keçirir. Zaman keçdikcə dəyişən Nyu Yorkda oyanaraq, proqramçı kimi işləyən nəticəsini tapır və qərara alır ki, ona həyatını qaydaya salmaqda kömək etsin.

    “Amerika Xiyarı” (orijinalda – “An American Pickle”) filmi “Kişi qadını axtarır” və “Möcüzə yaradanlar” əsərlərinin müəllifi Saymon Riçin eyni adlı kitabı əsasında lentə alınıb. Riç şəxsən özü kitabını kino ssenarisinə uyğunlaşdırıb. Filmin rejissoru kimi “Yaradandan dərd” filmində, “Barri” və “Gələcəyin adamı” teleserialında operator kimi işləyən Brendon Trost çıxış edir. Bu film Trost üçün ikinci tammetrajlı rejissor işidir.

    Komediyanın nümayişi HBO Max servisində 6 avqustda çıxacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.