Netflix “Cadugər” (The Witcher) serialının prikveli üzərində işləyir

    Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında olan populyar Cadugər (Wiedźmin) romanlar seriyası əsasında Netflix tərəfindən çəkilən eyni adlı teleserial 2019-cu ildə dünyaya uğurla yayımlandı.  İkinci mövsümün istehsalı ilə yanaşı, Netflix tərəfindən tam yeni serialın hazırlanması ilə bağlı WeGotThisCovered məlumat yaydı. Dəqiq məlumat olmasa da, insayderlər iddia edirlər ki, yeni hazırlanan serial 1500 il əvvəlki hadisələrdən, yəni Cadugər dünyasında Sferaların Birləşməsi kimi tanınan sehrli fövqəltəbii hadisənin baş verməsindən bəhs edir.

    Sferaların Birləşməsi – Qitə (əsərdə uydurma məkan) tarixindəki ən vacib hadisələrdən biridir və onun nəticəsində bir neçə aləmin sərhədləri qarışır. Buna görə də, müxtəlif növ və irqlər: elflər, qnomlar və əjdahalardan tutmuş vampirlərə qədər Qitənin ərazisində məskən qurur. Hətta, Qitədəki fövqəltəbii hadisənin yaranması nəticəsində, ilk bədheybət ovçuları – Cadugərlər də yaranır.

    Qeyd etmək lazımdır ki, mənbələr tərəfindən məlumatın etibarlılığı təsdiqlənsə belə, deyilənlər bir şayiədir və hələ heç bir böyük nəşr və ya striminq xidməti göstərən şirkətin nümayəndələri tərəfindən təsdiqlənməmişdir.

    Cadugər” seriyalındakı hadisələr, bədheybətlər və insanların əraziləri bölüşmək məcburiyyətində qaldıqları bir aləmdə baş verir. Bədheybətlər çox təhlükəli olduqda, adi insanlar Cadugərlərin – bədheybəd ovçularının köməyinə müraciət edirlər. Öz sahəsinin ən yaxşı Cadugərlərindən biri olan Rivialı Qeralt, müntəzəm olaraq mühüm hadisələrin mərkəzində durur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.