Hyu Cekman “Loqan” filmində ölüm səhnəsinin çəkilişindən danışdı

    Variety “Aktyorlarla aktyorlar” verilişinin çəkilişi zamanı Enn Heteuey ilə müsahibəsi zamanı Hyu Cekman “Loqan” filminin istehsalına başlamazdan çox əvvəl “Qütb porsuğu” (Wolverine) rolunu tərk etmək istədiyini etiraf etdi. Onun sözlərinə görə, qəhrəmandan irəli gələn gözləntilərin yükündən yorulmuşdu.

    “Film ssenarisinin yazılışından xeyli əvvəl belə, bilirdim ki, bu son film olacaq. Mən artıq qərara gəlmişdim. Layihəyə tam olaraq özümü həvalə etdim, çünki üç dəfə iş gördüyüm, qeyd-şərtsiz etibar etdiyim rejissorla – Ceyms Menqold ilə işləyirdim. Yadımdadır, bu səhnəni çəkərkən çox yüksəklikdə idik və hər yerdə göy gurultusu var idi, bu da filmin çəkilişinin dayanmasına səbəb oldu” – deyə Hyu Cekman etiraf etdi.

    “O dedi: «Biz tryukla olan səhnəni çəkə bilməyəcəyik. Ancaq ölüm səhnəsini çəkə bilərik», – deyə aktyor sözlərinə davam edir. – Mən ona belə: «İndi bu an?» O da dedi: «Əgər etiraz etmirsənsə, orada ancaq Dafna ilə sən olacaqsan». «Yaxşı», – deyə cavab verdim. O, əla bilirdi ki, mənim üçün belə daha yaxşı olacaq”.

    Cekmanın sözlərinə görə, Menqold səhnənin əhəmiyyətini mükəmməl başa düşürdü və aktyora neçə illərdir oynadığı personajla vidalaşma imkanını yaratdı. Bir neçə dubl çəkildi, amma rejissor, Cekmanın bu anı daha dərindən hiss etməsi üçün daha bir neçə dubl çəkmək qərarına gəldi.

    “O, mənə yalnız bir aktyor kimi deyil, həm də Hyu kimi də bu anı xatırlamaq imkanı verdi. Mən bu yaxşılığı heç vaxt unuda bilmərəm ” – deyə Cekman sözlərini tamamladı.

    Mart ayında Cekman “Loqan” filminin üç illik yubileyini qeyd etdi və bu onun həyatının rolu olduğunu vurğuladı. 2019-cu ilin fevral ayında Cekman, Patrik Stüart ilə birlikdə Marvelin super qəhrəman rolunda ən uzunmüddətli karyeraya sahib olanlar kimi Ginnesin Rekordlar Kitabına daxil edildi. Stüart  və Cekman birlikdə rekord tutdular: hər ikisi 16 il 228 gün öz personajlarını canlandırdılar və bu rollarda son səhnələri “Loqan” filmində oldu.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.