Sony şirkəti yaydığı məlumatda qeyd edib ki, ilk 72 saat ərzində The Last of Us Part II oyunun satışları 4 milyon nüsxəni keçib.
Bu rəqəm, Sony üçün mütləq rekorddur – qeyd olunan rekordun əvvəlki sahibi 3,3 milyon tirajla oxşar dövrdə satılan Spider-Man olub.
Qeyd etmək lazımdır ki, yeni oyun həmçinin 3,5 milyon nüsxəsi olan Final Fantasy VII oyunun remeykinin start göstəricilərini geridə qoyub.
İlk 72 saat ərzində ən çox satılan PS4 eksklüzivlərin reytinqini sizə təqdim edirik:
The Last of Us Part II – 4 milyon nüsxə
Final Fantasy VII (2020) – 3,5 milyon nüsxə
Spider-Man – 3,3 milyon nüsxə
God of War (2018) – 3.1 milyon nüsxə
Uncharted 4: A Thief’s End – 2.7 milyon nüsxə.
The Last of Us Part II oyunun müəllifi Neil Drackmann oyunçulara yeni məhsul haqqında təəssüratlarına, skrinşotlara, GIF-lərə və rəylərə görə öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, bütün bunların yaradılması üçün yüzlərlə mütəxəssisin illərlə zəhməti tələb olunub.
Sony şirkəti həmçinin qeyd edir ki, yaxın gələcəkdə PS4 üçün bir neçə məşhur eksklüziv buraxılacaq: həmçinin PS VR sahiblərini 3 iyulda İron Man, 17 İyulda isə Ghost of Tsushima oyunları gözləyir.