Mafia: Definitive Edition oyunun 15 dəqiqəlik video görüntüsü

Mafia: Definitive Edition, 2002-ci ildə buraxılmış orijinal oyununun sadəcə yenilənmiş versiyası deyil, azarkeşləri sevindirəcək hərtərəfli olaraq yenindən işlənmiş bir nəşrdir, çünki orijinal artıq mənən köhnəlmiş açıq dünya oyunudur. İndiyə qədər, oyun gedişatı haqqında video təqdim edilmirdi. Lakin, artıq, oyundan 15 dəqiqəlik video görüntüyə baxa bilərsiniz.

Video IGN nəşri tərəfindən təqdim olunub, lakin heç bir yeni məlumat əldə etmək mümkün olmadı. Orijinal oyunun bəzi xüsusiyyətləri yeni nəşrə köçürülmüşdü, məsələn, tamamilə yenidən işlənmiş o dövrə xas nəqliyyat vasitələri. Həmçinin orijinal oyunda olmayan velosipedlər də var.

“Şəhər qırağına səyahət” missiyası videonun əksər hissəsində üstünlük təşkil edir. Gördüklərinizi bəyənsəniz, oyunun sentyabrın 25-də dərc olunmasını gözləyin.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.