Video çarxda Oğlanların super qəhrəmanlara qarşı mübarizələrini necə davam etdiyini görürük. İkinci mövsümdə, düşmənlərini ildırım vasitəsi ilə vuran Stormfront adlı super-qəhrəman dəstəyə qatılacaq.
Oğlanların ikinci mövsümünün ilk üç seriyası bir dəfəyə 4 sentyabrda, digər beş seriya isə həftədə bir dəfə olaraq göstəriləcək.
Qart Enisin yaratdığı eyni adlı komikslər əsasında çəkilmiş Oğlanlar serialının birinci mövsümü 2019-cu ilin yayında yayımlandı və iki həftə ərzində Amazon Prime Video onlayn kinoteatrında ən məşhur seriyallardan biri oldu.