Cey Cey Abrams, Con Konstantini kinoteayrlara qaytaracaq

    Warner Bros kinostudiyası Con Konstantin haqqında gedən komikslərin əsasında yeni tammetrajlı filminin istehsalına başlamağı planlaşdırır. Comic Book nəşrin mənbələrinə istinadən verdiyi məlumata görə, film tanınmış prodüser Cey Cey Abramsla studiyanın əməkdaşlığı çərçivəsində çəkiləcək.

    Güman edilir ki, yeni film daha böyük layihənin bir hissəsi olacaq və başlanğıc olaraq Qaranlıq Liqası əsasında süjet xətti qurulacaqdır. Marvel studiyasının filimləri ilə əldə etdiyi uğurlu nailiyyətlərini çoxu təkrarlamaq istəyir. Rejissor və aparıcı rolların ifaçısı hələ təyin ol8nmayıb. Studiyanın özü bu məlumatı şərh etmir.

    Xatırladaq ki, Con Konstantin həm böyük, həm də kiçik ekranlarda görünüb. 2005-ci ildə əsas rolu Kianu Rivzin oynadığı Konstantin: Qaranlığın hökmdarı filmi nümayişə buraxılmışdı. Bu filmin icarəsi 230 milyon dollardan çox qazanc əldə etmişdi. 2014-cü ildə televiziya serialının çəkilişi zamanı baş qəhrəman obrazı yenidən işlənmişdi. Cəmi 13 bölümü ekrana buraxıldı, sonra NBC kanalı, serialın dayandırmaq qərarına gəldi. Konstantin daha sonrlara Kaman seriyalının epizodlarından birində və Sabahın Əfsanələri layihəsində göründü.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.