Jailbreak-ın son versiyası payızda gözlənilir
Hacker qrupu checkra1n yeni iOS 14 əməliyyat sisteminin beta versiyasını sındırdı.
Ancaq bunu yalnız iPhone X və əvvəlki modellərdə etmək mümkün olub. Artıq sonradan dərc olunan Apple smartfonlarında iOS-u sındırmaq hələ də mümkün deyil. Sistemi sındırmaq üçün iPhone-nun yaddaşı ilə əlaqəli olan checkm8-in zəifliyi istifadə olunub.
Hakerlər jailbreak həvəskarlarını səbrli olmağa və payızda iOS 14 əməliyyat sisteminin rəsmi versiyasının buraxılışından sonra yayımlanacaq hack-in son variantını gözləməyə çağırırlar.
Ancaq onu da nəzərə almaq lazımdır ki, mütəxəssislərin fikrinə görə iOS 14-ün buraxılmış versiyasını sındırmaq üçün hakerlər yeni zəifliklər axtarmalı olacaqlar, çünki bu versiyanı şirkətin proqramçıları çox yaxın gələcəkdə bağlayacaqlar.