Be My Mom – ana simulyatoru yaradılı

    Məşhur Polşa naşiri PlayWay daha bir qeyri-adi simulyator yaradılması haqqında elan etdi. Bu dəfə oyunun yaradılmasına, Psycho Simulator, House Builder, Farmer’s Life və digər layihələr üzərində işləyən FreeMind studiyası cavabdehdir.

    Be My Mom – ana simulyatorudur. Oyunçu uşağı “bətnində gəzdirməli”, “dünyaya gətirməlidir” və bu yalnız başlanğıcdır. Körpələr sürprizlərlə doludur və yaradıcılar bütün mümkün variantları nəzərə almağa çalışdılar.

    Oyunçular uşağın sağlamlığına və rifahına nəzarət etməli, təhlükəsizliyini təmin etməli, eyni zamanda “ərinə” və mənzilə diqqət yetirməlidirlər. Xoş bir məqam da var: seçdiyiniz gözəl paltarlara körpənizi geyindirmək imkanı veriləcəkdir.

    Be My Mom oyunu nə vaxt çıxacağı bilinmir, hal-hazırda oyununu Steam platformasında istək siyahısına əlavə etmək olar.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.