Left 4 Dead oyunun müəllifləri Back 4 Blood oyunun ilk posterini təqdim etdi

    Turtle Rock studiyası öz növbəti Back 4 Blood layihəsinin ilk posterini tanıtdı.

    Hələ ki, Left 4 DeadEvolve oyunlarının yaradıcıları tərəfindən yenilik haqqında kifayət qədər məlumat verilməyib. Yəqin ki, kooperativ zombi-döyüşünün pərəstişkarlarını, ənənəyə uyğun olaraq böyük zombi sürüsü, sujetli oyun rejimi və oyunçular arasında qarşıdurma rejimi ilə yanaşı hansısa digər yeniliklər də gözləyir.

    Oyunun naşiri kimi Warner Bros studiyasının oyun şöbəsi çıxış edir, baxmayaraq ki, studiya bu şöbəni 2-4 milyard dollara satmaq niyyətindədir. Back 4 Blood oyunu ilin sonundan tez olmayaraq PS4-də, Xbox One-da və PC-də dərc olunacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.