Microsoft kənar studiyalara, oyunlarını Xbox Series X konsolu üçün pulsuz yeniləmək imkanı verən Smart Delivery texnologiyasından istifadə etməyi məcbur etməyəcək.
Lakin şirkətin bir şərti var. Gələcək nəsil konsollar üçün yeniliyi “oyuna yeni əlavələr” (DLC) formasında satmağa heç kimə icazə verməyəcək.
Bunun haqqında, Microsoft şirkətinin gələcək nəsil konsolların istifadə şərtləri ilə tanış olan naməlum mənbələrə istinadən Video Games Chronicle məlumat verib. Xbox Game Studios şirkətlər ailəsinə aid olmayan oyun tərtibatçıları, hazırkı və gələcək nəsil konsollar üçün nəşr olunan oyunları asanlıqla ayrı-ayrılıqda sata bilərlər. İstədikləri halda Smart Delivery və ya Electronic Arts kimi oxşar sistemlərdən də istifadə edə bilərlər.
Hətta tərtibatçılar və naşirlər hazırkı nəsil oyunların sahiblərinə növbəti nəsil üçün buraxılan oyunlarının ayrılıqda alınmasına endirim təklifi etmək hüququna malikdirlər. VGC qeyd edir ki, nəzəri olaraq, kənar şirkətlər pərakəndə mağazalarında satılan fiziki disklər üçün reklam aksiyaların sahəsində yeniləmələri ayrıca da sata bilər.
Bundan əlavə, Smart Delivery və ya oxşar sistemlərdən imtina edən oyun tərtibatçıları, Xbox One və Xbox Series X üçün oyunların ayrı-ayrı versiyalarını bir paketdə satmaq imkanlarını əldə edəcəklər.
VGC qeyd edir ki, Smart Delivery sisteminin dəstəyi olmayan oyunlar bir sıra funksiyaları itirəcək. Baxmayaraq ki, çoxnəfərli oyun rejiminin əsas xüsusiyyətləri qalacaq, kros-platforma səviyyəsində yadda saxlamalar və ümumi nailiyyətlər kimi imkanlar itirilə bilər. Misal üçün, NBA 2K21 və FIFA 21 oyunlarında qazanılan nailiyyətləri bir versiyadan digərinə ötürmək mümkün olmayacaq.
Qeyd edək ki, Sony şirkəti, Smart Delivery oxşar sistemlərdən istifadə etməyəcək.