Xbox Series X və PlayStation 5 oyunlarının qiymətləri artacaq

    IDG Consulting analitik qrupu, ABŞ-da video oyunlarının satış qiymətləri 2005-ci ildən bəri dəyişmədiyi halda, istehsalat xərclərinin təxminən iki-üç dəfə artdığını qeyd etdi.

    2K Games nəşriyyatın hazırladığı PS4Xbox One üçün NBA 2K21 oyun disklərinin ABŞ-da pərakəndə satışı 60 dollar (Avropa ölkələrində 70 avro), PS5 və Xbox Series X üçün isə 70 dollar (eyniliklə Avropa ölkələrində 75 avro) olacağı bildirildi.

    Beynəlxalq tədqiqat və konsaltinq şirkəti IDG Consulting, qeyd edib ki, digər nəşriyyatlar da oyunların satış qiymətini artırmağa hazırlaşır.

    IDG Consulting şirkətinin rəhbəri Yosio Osakinin sözlərinə görə, Şimali Amerikada video oyunların qiyməti son dəfə Xbox 360PS3 konsolların buraxılışı zamanı, yəni 2005-2006-cı illərdə artmışdır. Yəni oyunların qiyməti 50 dollardan 60 dollara qədər artdı və ondan bəri qiymətlər dəyişməz olaraq qalır.

    Eyni zamanda, Osaki-nin vurğuladığı kimi oyunların istehsalat xərcləri illər ərzində iki-üç dəfə artmışdır. Digər sənayelərdə isə əhəmiyyətli dərəcədə qiymət artımı olub, misal üçün: film biletlərinin qiyməti 39%, Netflix-ə abunəçiliyin qiyməti 100%, kabel televiziyası isə 105% artdı.

    Buna görə, IDG Consulting ilə əməkdaşlıq edən nəşriyyatlar PS5Xbox Series X üçün oyunların satış qiymətinin artırmağın yollarını axtarırlar. Artımı heç olmasa başlanğıc üçün, ABŞ-da və Şimali Amerikada nəzərdə tutrlar.

    Növbəti nəsil konsolları üçün oyunların qiyməti 70 dollara qalxsa da, 2005-ci ildən 2020-ci ilə qədər qiymət artımı cəmi 17% olacaqdır. Bu digər sənayelərdə qiymət artımı ilə müqayisədə xeyli azdır. Oyunların hazırlanması və nəşr dəyəri dəfələrlə artdı, lakin bu hal oyunların qiymətinə təsir etmədi. Oyunları 60-70 dollara satmaq nəşriyyatlara və yaradıcılara sərf etmir, çünki bu qiymət istehsal xərcini belə ödəmir.

    IDG bütün iri həcimli oyun nəşriyyatları ilə əməkdaşlıq edir və mənbələrimizdən gələn məlumatlara əsasən, yuxarıdakı səbəblərə görə növbəti nəsil konsollar üçün oyunların satış qiymətinin artırılması imkanlarını araşdırır.

    Hər oyun 70 dollara satılmayacaq, NBA 2K kimi flaqman AAA titullu oyunlarda qiymət artımı olacaq.

    Yoshio Osaki
    IDG Consulting şirkətinin rəhbəri

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.