STAR WARS filmin rejissoru Pokémon Go üçün reklam çarxını çəkdi

    Ulduz Müharibələri: Sonuncu Ceday (Star Wars: Last Jedi) və Bıçaqlar çıxardıldı (Knives Out) kimi filmlərin rejissoru Rayn Consonun (Rian Johnsonun) çəkdiyi Pokémon GO mobil oyunun reklam çarxını Niantic studiyası yayımladı.

    Conson, çəkiliş qrupunun Yeni Zelandiyada yerləşdiyni və prosesə Los-Ancelesdən rəhbərlik etdiyini söylədi. Rejissor mobil oyuna olan sevgisini də etiraf etdi:

    Son aylar fiziki olaraq distansiya saxlayıram. Pokémon GO oyunu məni dostlarımla ünsiyyətdə qalmağıma imkan yaratdı. Uzun müddətli Pokemon məşqçisi olaraq, Niantic ilə bu reklam çəkilişində işləməkdən çox məmnun qaldım. İstehsalı uzaqdan idarə etmək mənim üçün yeni bir təcrübə idi və mən yüksək səviyyədə olan əməkdaşlıq prosesindən ləzzət aldım. Düşünürəm ki, bütün azarkeşlərin zövq alacaqları, əyləncəli və təkanverici reklam çarxını yarada bildik.

    Reklam iyulun 25-26 tarixlərində keçiriləcək Pokémon GO Fest 2020 onlayn festivalını tanıtmaq üçün hazırlanmışdır.

    Oxşar xəbərlər

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.