Kiber-idman sahəsində məsləhətçi Rod Breslau, Ubisoft-un tezliklə Hyper Scape adlı kral döyüş oyununu təqdim edəcəyini söyləmişdi və onun dediyi baş verdi. Artıq oyunun rəsmi saytı fəaliyyət göstərir.
Oyundakı hadisələr neon işıqları ilə bəzədilmiş Neo-Arcadia virtual şəhərində baş verir. Saytdakı məlumatlar uydurulma Prisma Dimensions şirkətinə başçılıq edən doktor İvi Tenin adından təqdim olunur.
Hyper Scape haqqında ətraflı məlumat iyulun 2-də təqdim olunmalıdır.
Rod Breslau layihə haqqında aşağıdakı məlumatları bölüşdü:
- Ubisoft-un Monreal studiyası oyun üzərində işləyir.
- Kompüter və konsollar üçün hazırlanan şərti pulsuz savaş oyunudur. Oyun kross-platformanı dəstək edir.
- Qapalı beta gələn həftə, açıq beta isə 12 iyulda başlayacaq.
- Twitch ilə indiyə qədər görünməmiş inteqrasiyanın edilməsi planlaşdırılır – xüsusən də çatlar vasitəsilə oyun hadisələrini başlatmaq olar.
- Twitch ilə inteqrasiyanın bir neçə nümunəsi:
- Hər dəfə Hyper Scape oyununa canlı baxan izləyici Twitch Bits (sistem daxili virtual valyuta) aldıqda, strimerə gəlirdən pay düşür.
- Oyunda komandaya dəvəti yalnız abunəçilər üçün məhdudlaşdırmaq olar.
- İstehsalçılar artıq oyunu strimerlərə, kiber idmançılara və YouTuber-lərə göstəriblər. Bu həftə ərzində oyunun gedişatı haqqında videoları hamının nəzəri üçün təqdim edəcəklər.



