Ubisoft şirkəti Hyper Scape adlı kral döyüş oyununu elan etdi

    Kiber-idman sahəsində məsləhətçi Rod Breslau, Ubisoft-un tezliklə Hyper Scape adlı kral döyüş oyununu təqdim edəcəyini söyləmişdi və onun dediyi baş verdi. Artıq oyunun rəsmi saytı fəaliyyət göstərir.

    Oyundakı hadisələr neon işıqları ilə bəzədilmiş Neo-Arcadia virtual şəhərində baş verir. Saytdakı məlumatlar uydurulma Prisma Dimensions şirkətinə başçılıq edən doktor İvi Tenin adından təqdim olunur.

    Hyper Scape haqqında ətraflı məlumat iyulun 2-də təqdim olunmalıdır.

    Rod Breslau layihə haqqında aşağıdakı məlumatları bölüşdü:

    • Ubisoft-un Monreal studiyası oyun üzərində işləyir.
    • Kompüter və konsollar üçün hazırlanan şərti pulsuz savaş oyunudur. Oyun kross-platformanı dəstək edir.
    • Qapalı beta gələn həftə, açıq beta isə 12 iyulda başlayacaq.
    • Twitch ilə indiyə qədər görünməmiş inteqrasiyanın edilməsi planlaşdırılır – xüsusən də çatlar vasitəsilə oyun hadisələrini başlatmaq olar.
    • Twitch ilə inteqrasiyanın bir neçə nümunəsi:
      • Hər dəfə Hyper Scape oyununa canlı baxan izləyici Twitch Bits (sistem daxili virtual valyuta) aldıqda, strimerə gəlirdən pay düşür.
      • Oyunda komandaya dəvəti yalnız abunəçilər üçün məhdudlaşdırmaq olar.
    • İstehsalçılar artıq oyunu strimerlərə, kiber idmançılara və YouTuber-lərə göstəriblər. Bu həftə ərzində oyunun gedişatı haqqında videoları hamının nəzəri üçün təqdim edəcəklər.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.