Top Gun: Maverick və digər filmlərin buraxılış tarixi koronavirus səbəbiylə təxirə salındı

Paramount şirkəti, kinoteatrlarda filmlərə baxış zamanı tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün, Top Gun: MaverickA Quiet Place Part 2 (Sakit yer 2) filmlərin buraxılış tarixini bir daha təxirə saldığını açıqladı.

Aprel ayında studiya, Top Gun: Maverick filminin buraxılış tarixini bu ilin 24 iyundan 23 dekabra dəyişdirildiyini elan etdi. Variety nəşrinə görə, film bir daha təxirə salındı və bu dəfə 2021-ci ilin 2 iyul tarixinə. Ancaq Paramount studiyası buraxılışın baş tutmayacağından narahatdır, çünki COVID-19 virusu bütün dünyada yayılmağa davam edir.

Paramount şirkətindən gələn ən yaxın illər üçün planlar barədə bir çox digər açıqlamalarla müşayiət olunur:

  • Sakit yer 2 filmi, 6 sentyabr 2020-ci ildən, 23 aprel 2021-ci ilə keçirildi.
  • Bundan əlavə, 8 aprel 2022-ci ildə Sonic Kirpi 2 (Sonic the Hedgehog 2) filminin buraxılması planlaşdırılır.
  • Yeni film Axmaqlar (Jackass), 2021-ci ilin iyul ayından, sentyabr ayına təxirə salındı.
  • Under the Boardwalk filmi 2022-ci ilin iyul ayına elan edildi.
  • Pələngin şagirdi (The Tiger’s Apprentice) 11 fevral 2022-ci ildən 10 fevral 2023-cü ilə dəyişdirildi.

Eyni zamanda, Deadline qeyd etdi ki, artıq buraxılış tarixi təxirə salınan Mulan filmi, Disney şirkətinin Disney+ striminq platformasında yayımlana bilər.

Pandemiyanın əvvəlində, Trollar, Dünya Turu (Trolls World Tour), striminq platformasının xeyrinə kinoteatr premyerasından imtina edən ilk filmlərdən biridir. Bu addıma görə film maliyyə uğuruna nail oldu. Bu hadisə kinoteatr sənayesinin çaxnaşmasına səbəb oldu. Bildiyiniz kimi, kinoteatrlar COVID-19 virusunun yayılması səbəbindən qapılarını tamaşaçılara bağlamağa məcburdular. Bu da öz növbəsində şirkətlərə böyük itkilər verdi və hətta bəzilərini iflasın riski ilə üzləşdirdi.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.