Sony, Future of Gaming (Oyunların gələcəyi) tədbirində PlayStation 5 konsolunu təqdim etdikdən sonra, dünyanın hər yerində pərəstişkarlar konsolun başqa rənglərdə necə görünəcəyini paylaşmağa başladılar. Yaponiya şirkətinin nümayəndələri növbəti nəsil konsolun fərqli dizaynlarda da buraxılacağına söz verdilər. Bu yaxınlarda internetdə yayılan təsvirin sayəsində onlardan biri məlum oldu.
BarrBarr ləqəbli ResetEra forumunun istifadəçisi, Sony şirkətinin məhsullarının, həmçinin PlayStation 5 konsolunun və DualSense nəzarət cihazının təsvirini internetdə paylaşdı. Təsvirdən göründüyü kimi cihazlar qara-qırmızı rəngindən istifadə olunaraq tərtib olunub. BarrBarr-nın sözlərinə görə, nümayiş olunan təsvir, işlədiyi şirkətin əldə etdiyi reklam görüntüsünün bir hissəsidir.

Hal-hazırda, yeni tərtibatın real olduğu dəqiq deyil. Çünki müvafiq proqramlardan istifadə edərək saxta olan bənzər təsvir yaratmaq hər zaman mümkündür.
Bu təsvir haqqında şirkət tərəfindən hələ ki rəsmi şərh təqdim olunmayıb. ResetEra forumunun istifadəçiləri belə stildə olan tərtibatı çox bəyənirlər və sonunda yayılan təsvirin rəsmi olaraq təsdiq olunacağına ümid edirlər.
Xatırladaq ki, Sony şirkətinin gələcək nəsil konsollarının satışları, 2020-ci ilin yeni il tətilləri ərəfəsində başlayacaq.