Teslanın sürətli inkişafı onun bir çox işçilərini milyonçu etdi

    Amerikanın Tesla avtomobil şirkətinin sürətli inkişafı, onun bir çox işçi və rəhbərlərini varlı insanlara çevirdi. Bu sırada lider əlbəttə ki, baş direktor İlon Maskdır (Elon Musk).

    Əksər texnoloji şirkətlər kimi, Tesla da öz kompensasiya paketlərində səhmlərə və müxtəlif qrantlara opsionlar (səhimin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağız) təklif edir. Ancaq digər avtomobil istehsalçılarından fərqli olaraq, Tesla şirkəti, opsionlar şəklində ödəmələri bütün işçilərə şamil edir. Bura istehsalat həmkarları, satış üzrə personal da daxildir. Buna isə avtomobil sənayesində çox nadir hallarda rast gəlinir.

    Şirkətin bu yaxınlarda baş verən səhmlərin dəyərinin kəskin şəkildə artması ilə əlaqədar olaraq (təkcə bu il 200%-dən çox artıb) şirkət daxilində yeni “Tesla milyonçular dəstəsi” meydana gəldi. Top menecerlərin şirkətdəki aktivlərini açıqlamalı olduqları üçün, onların bu müddət ərzində nə qədər varlandıqlarını daha dəqiq təyin etmək olar.

    Elektrek saytından bir neçə nümunə:

    • Son hesabata görə, şirkətin energetika üzrə baş vitse-prezidenti Dryu Baqlino (Drew Baglino), 4 222 səhmə sahibdir. Onun hazırda Tesla-dakı payı 5,7 milyon dollardan çoxdur. Baqlino, Tesla şirkətinin aparıcı mühəndislərindən biridir və o, şirkətin yeni qeyri-rəsmi texniki direktoru hesab olunur.
    • İstehsalat departamentinin prezidenti Cerom Qilen (Jerome Guillen), dəyəri 13 milyon dollardan çox olan 9 752 Tesla səhminə sahibdir. Qilen departament rəhbəri olmazdan qabaq, Tesla-da bir neçə əsas proqramın rəhbəri olmuşdur. Bunlara, Model S və Tesla Semi aid etmək olar.
    • Tesla-nın maliyyə direktoru Zak Kirkxorn (Zachary Kirkhorn), dəyəri 16 milyon olan 11 831 Tesla səhminin sahibidir. O, iri texnoloji şirkətlər arasında ən gənc maliyyə direktorudur və cəmi 35 yaşındadır.

    İlon Maska gəlincə isə, 34 098 597 səhmə sahib olmaqla onun Tesla-dakı payının dəyəri 46 milyard dollar təşkil edir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.