Rəylərə əsasən, Ghost of Tsushima oyunu, təqdirə layiqdir

    Ghost of Tsushima (Tsuşima Ruhu), Last of Us Part II oyunu mübahisə obyektinə çevrilmədi. Hətta rəylərə əsaslansaq, Sucker Punch studiyasının yeni məhsulunu çoxları bəyəndi.

    Samuray oyunu həm oyun haqqında icmallarda, həm də YouTuber-lər arasında yüksək qiymətləndirlir. Baxmayaraq ki, hal-hazırda rəylər tez-tez dəyişir, Metacritic Open Critic saytlarında, Ghost of Tsushima 80-85 bal aralığında xal qazanacağı gözlənilir və bu da, əla göstəricidir. Lakin bəzi rəylərdə bildirilir ki, oyun nə qədər gözəl olsa da, dərinliyinə getdikcə, indiyə qədər, dəfələrlə dərc olunan adi açıq dünya oyunlarından fərqlənmir. Misal üçün Poligon nəşrinin rəyinə baxaq:

    Ghost of Tsushima oyunu özünəməxsus estetikaya malikdir, ancaq bu yalnız zahiri görünüşdür. Cazibədar görünüşün altında gizlənən oyunun özəyi, hələ beş il öncə təqdim olunmuş standart mexanikalardan ibarətdir və digər oxşar oyunlardan heç nə ilə seçilmir. Ghost of Tsushima, araşdırmaq üçün özünəməxsus dəyəri olan, gözəl və böyük dünyanı təqdim edir. Lakin, “yerinə yetiriləcək fəaliyyətlərin siyahısı” kimi görünən bu oyun, tam əksinə yeni və fərqli ideyalara malik olmalı idi.

    Game Informer nəşri, oyunu 9.5 bal qiymətləndirməklə təqdirəlayiq olduğunu bildirir.

    Retro samuray filmləri, mistisizmi, vəhşi zorakılığı və çətinliklə saxlanıla bilən emosional hirsi özündə cəmləşdirən xüsusi estetikaya malikdir. Ghost of Tsushima oyunu, bu estetikanı özündə əks etdirməyə nail olub.

    Ən pis halda Ghost of Tsushima oyunun bir çox açıq dünya oyunlarına çox bənzədiyi söylənilir. Lakin ən yaxşı halda, yeni samuray saqası “ilin oyunu” titulunu qazana bilər. Böyük ehtimal var ki, Sony dərc etdiyi eksklüzivin, çox keçmədən, ikinci hissəsini gələcək nəsil PS5 konsolu üçün buraxaraq yeni bir franşizaya çevirəcək.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.