Hörümçək adam: Maylz Morales oyunu 4k və 60 kadr saniyəni dəstəkləyəcək

Insomniac Games öz Twitter hesabında verdiyi məlumata görə, Hörümçək adam: Maylz Morales (Spider-Man: Miles Morales) oyunu, Məhsuldarlıq rejimi sayəsində PlayStation 5 konsolunda 60 kadr saniyədə və 4K qətnaməsində oynana bilinəcəkdir.

Digital Foundry şirkətinin təhlilinə görə, Marvel’in Hörümçək Adamı (Marvel’s Spider-Man) oyunu PlayStation 4PlayStation 4 Pro konsollarında 30 k/s sürətilə görüntülənir. Hörümçək adam: Maylz Morales oyunu Məhsuldarlıq rejimində, 4K qətnaməsini və 60 k/s sürətinə nail olmaq üçün real vaxt gedişatı ilə şüa izləməsi və digər görüntü effektləri kimi xüsusiyyətlər söndürülmüş olacaq.

Sony və onun üçüncü tərəf oyun istehsalçıları, God of War, The Last of Us Remastered, Uncharted 4, The Last Guardian oyunlarında, oyunçulara kadrlar tezliyinə və ya yüksək qətnaməyə üstünlük verə bilməsi imkanlarını yaradmışdır.

İlin sonunda dərc ediləcək Hörümçək adam: Maylz Morales oyunu iyun ayında PS5 üçün elan edildi və Piter Parkerin sərgüzəştlərindən daha kiçik həcmdə müstəqil bir oyun olacaq.

Mənbə: Polygon

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.