FIFA 21 oyunundan görüntülər internetə sızdı

Bəzi yeni özəllikləri və yenilənmiş interfeysi ilə FIFA 21 oyunun video görüntüləri Twitter hesabında sızdı.

FIFA 21 Beta adlı Twitter hesabında, oyunun müxtəlif videoçarxları yerləşdirilmişdir. Videonun üzərində ekran boyu hərəkət edən, FIFA EA Play filiqranı görünür . Bu videolar EA şirkətinin önizləmə tədbiri səbəbindən sızdığı ehtimal edilir.

Videolar, bu il buraxılacaq oyun üçün yenilənmiş al-qırmızı rəngli istifadəçi interfeysini nümayiş edir, bu da rəsmi FIFA 21 brendi üçün yaradılmış sosial şəbəkələrdəki səhifələrin tərtibatında istifadə olunmuş rənglərlə müqayisə edilə bilər.

Üstünlüklər sistemində dəyişiklik və Liverpul (Liverpool), Mançester Siti (Manchester City) və Real Madrid futbol klub oyunçularının yenilənmiş simaları görsənir. Sızan video bu nəsil yoxsa növbəti nəsil cihazlar üçün hazırlanan oyundan görüntülər olduğu aydın deyil, lakin keçən ilin oyunu olan FIFA 20-yə çox bənzəyir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.