GOD of WAR oyunun müəllifi hesab edir ki, oyunların satış qiymətləri artmalıdır

    NBA 2K21 basketbol simulyatorunun növbəti nəsil konsollar versiyası 60 dollar əvəzinə 70 dollara satılacaq.

    Analitiklər, belə qiymət dəyişməsi növbəti nəsil konsolların AAA (Triple-A) təbəqəli oyunları üçün standart hal olacağını söyləyirlər. GOD of WAR oyunun müəllifi Kori Barloq (Cory Barlog) bu addım ilə  razıdır: “Oyunların qiymətləri qalxmalıdır. Bəzi oyunların çevrildiyi mikrotransaksiya adlı pul-sovuran cəhənnəm əvəzinə, bir dəfəmə daha çox pul ödəməyə razıyam.

    Twitter-dəki şərhlərin bir çoxu Barloqu dəstəkləyir. Lakin bəziləri, qiymətlərin artacağına baxmayaraq mikrotransaksiyaların heç yerə getməyəcəyindən narahat olurlar. Narahatçılığa da əsas var. Misal üçün növbəti nəsil NBA 2K21 oyununda mikrotransaksiyalar yoxa çıxmayacaq və bir çox böyük şirkət (məsələn, FIFA seriyası ilə EA şirkəti) üçün mikrotransaksiyalardan əldə edilən mənfəəti oyunların satışı ilə müqayisə edilə və hətta üstələyə bilər.

    Bir halı da qeyd edək ki, Azərbaycan daxil olmaqla MDB ölkələrində, baş verən devalvasiya nəticəsində son illər ərzində oyunların və oyun avadanlıqların qiymətləri dəfələrnən artdı. Hətta bəzi hallarda tamamilə ağlasığışmaz dərəcəyə qədər qiymət artımı baş verdi. Lakin Qərb ölkələrində (xüsusən ABŞ-da) qiymətlər uzun müddət dəyişməyib.

    AAA təbəqəli oyunların satış qiymətləri ABŞ bazarında ən azı SNES konsolu dövründən bəri 60 dollar ətrafında asılı şəkildə qalmışdır. Son 30 ildir qiymətdə ciddi bir dəyişiklik baş verməyib. Problem inflyasiyadadır: istifadəçilərin 30 il əvvəl oyun üçün ödədikləri 60 dolların dəyəri indiki 60 dollar ilə eyni deyil. Məsələn, inflyasiyanı hesablasaq 1990-cı ilin 60 dolları, 2020-ci üçün təxminən 121 dollara bərabərdir. 

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.