Dünən, State of Play təqdimatı zamanı Agent 47 – muzdlu qatilin yerində olmanın yeni yolu nümayiş etdirildi.

Nümayişdə, oyun personajı arxayın məclisə daxil olur və iki NPC ilə bir masa arxasına keçərək baxmağa başlayır. Sonra hədəfini görərək onu ayaq yoluna qədər izləyir. Daha sonra yəqin ki, hədəfini arxadan boğaraq öldürmək üçün istifadə edəcəyi teli çıxarır və oyunun nümayişi burda bitir. Həqiqətən qəddar görünürdü. IO Interaktiv studiyası, qatili belə qatilcəsinə nümayiş edə bildiyinə görə təqdirə layiqdir.
Hitman 3 oyunu PlayStation 5, Xbox Series X, PlayStation 4, Xbox One və PC platformalarında 2021-ci ilin yanvar ayında buraxılacaq. Nümayişdə göstərilən VR rejimin PSVR vasitəsi ilə oynamaq olar.