Hitman 3 oyununu PSVR ilə oynamaq mümkün olacaq

Dünən, State of Play təqdimatı zamanı Agent 47 – muzdlu qatilin yerində olmanın yeni yolu nümayiş etdirildi.

Nümayişdə, oyun personajı arxayın məclisə daxil olur və iki NPC ilə bir masa arxasına keçərək baxmağa başlayır. Sonra hədəfini görərək onu ayaq yoluna qədər izləyir. Daha sonra yəqin ki, hədəfini arxadan boğaraq öldürmək üçün istifadə edəcəyi teli çıxarır və oyunun nümayişi burda bitir. Həqiqətən qəddar görünürdü. IO Interaktiv studiyası, qatili belə qatilcəsinə nümayiş edə bildiyinə görə təqdirə layiqdir.

Hitman 3 oyunu PlayStation 5, Xbox Series X, PlayStation 4, Xbox OnePC platformalarında 2021-ci ilin yanvar ayında buraxılacaq. Nümayişdə göstərilən VR rejimin PSVR vasitəsi ilə oynamaq olar.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.