Proqramçılara ehtiyac olmayacaq

    Xüsusi proqram təminatını yaradan pulsuz servis hazırlanıb

    Amazon Honeycode, tətbiqi proqramları yaradan servisi işə salıb. Yenilik istifadəçilərə proqram kodunu yazmadan proqramları yaratmağa imkan verir.

    Layihə tamamilə pulsuzdur,  həm adi istifadəçilər, həm də böyük şirkətlər qeyd olunan servisdən istifadə edə bilər. Məsələn, eyniadlı messengerin yaradıcısı Slack artıq Honeycode-nu öz işində istifadə etməyə hazır olduğunu bildirib.

    CNBC-nin məlumatına görə, Amazon, yeni servis, Honeycode ilə sıx bağlığı olan, Amazon Web Services bulud xidmətinin istifadəçi bazasının genişləndirilməsi məqsədi ilə yaradıb.

    AWS – bulud xidmətləri seqmentinin  qlobal lideri kimi tanınır. 2020-ci ilin 1-ci rübünün nəticələrinə görə, qeyd olunan platforma dünya bazarının 32% -nı təşkil edib, Microsoft şirkəti 18% ilə ikinci yeri tutub, Google şirkəti isə (8%) üçüncü yerdədir. 2019-cu il ərzində AWS-nin gəlirləri 35 milyard dolları keçib.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.