ABŞ dünyada ən populyar tətbiqi olan TikTok-u qadağan edə bilər

    Hal-hazırda dünyanın ən populyar sosial tətbiqi olan TikTok problemlərlə üzləşir. Bir müddət əvvəl Hindistanda tətbiqetməyə qadağa qoyuldu. Məlum oldu ki, platforma Honqkonqu tərk edəcək. ABŞ-da TikTok tətbiqi qadağan ediləcək barəsində məlumatlar yayıldı.

    Bunu dövlət katibi Mayk Pompeo (Mike Pompeo) bəyanatında qeyd edib. Hələ heç bir qərar verilməyib, ancaq qadağanın baş verməsinə böyük ehtimal var. Pompeo, ABŞ-da bu məsələyə çox ciddi yanaşıldığını və TikTok tətbiqinə qadağa qoyulmasını nəzərdən keçirildiyini söylədi.

    Səbəbi olduqca sadədir: inanılmaz dərəcədə populyar tətbiqin məskəni, Çindir. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-da digər Çin istehsalı olan platformaların da qadağan edilməsi ehtimalları nəzərdən keçirirlər, lakin hələ dəqiq siyahı mövcud deyil. Xatırladaq ki, bir il öncə 5G rabitə texnologiyası əsasında aparıcı şirkətlərdən olan ZTE Huawei şirkətlərin istehsal etdiyi məhsulların ABŞ ərazisinə idxalı və satışına artıq qadağa qoyulub.

    Maraqlısı odur ki, Pompeonun bəyanatından sonra bir sıra amerika şirkətlərinin səhmləri dəyərdə yüksəldi. Dövlət katibinin sözləri, çox məşhur Snapchat platformasına sahib olan Snap şirkətinin səhm dəyərinə xüsusilə ilə güclü təsir göstərərək 8% artirdı.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.