Apple şirkəti COVID-19 pandemiyasından tam şəkildə istifadə edə bilməyib

    Garther şirkətinin analitikləri tərəfindən fərdi kompüter bazarının bu il üçün ikinci rübün nəticələri açıqlanıb.

    Maraqlısı odur ki, COVID-19 pandemiyasından yaranan çətinliklərə baxmayaraq, 64,8 milyon kompüter satılıb, bu da 2019-cu ilə nisbətən 2,8% artım deməkdir.

    Analitiklər qeyd edir ki, milyonlarla insanlar uzaqdan işləmə rejiminə keçmək məcburiyyətində qalıb.  Bu səbəbdən, noutbuklara olan tələbat dəfələrnən artıb. Pandemiyanın ilk dalğasının bitməsindən sonra informasiya texnologiyaları sahəsində başlanan bərpa işləri də öz töhfəsini verdi.

    Bəzi şirkətlərin göstəriciləri maraq doğurur:

    Fərdi kompüter bazarının 25%-ı payına düşən Lenovo şirkəti 16,197 milyon (4,2% artım) kompüter sata bilib. HP şirkəti ümumi olaraq 16,165 milyon (17,1% artım),  Acer şirkəti 4,007 milyon (23,6% artım), Asus şirkəti 3,593 milyon (21,4% artım) kompüter satıblar. Dell şirkəti, ticarəti tam əksinə 0,3%-ə qədər zəifləyərək cəmi 10,648 milyon kompüter satmağı bacarıb.

    Apple şirkəti isə 4,368 milyon ədəd kompüter satmaqla 5,1% artıma nail ola bilib.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.