Assassin’s Creed Valhalla oyununun 30 dəqiqəlik görüntüsü şəbəkəyə sızdı.

    Ubisoft Forward konfransından bir həftə qalmış Assassin’s Creed Valhalla oyununun 30 dəqiqəlik görüntüsü şəbəkəyə sızdı.

    İndiyə qədər, oyunda baş verəcək savaş səhnələrini oyun müəllifləri göstərmirdilər. Oyunun real gedişatına baxmaq üçün ilk fürsətdir.

    Videonun əsas hissəsi düşmən qalasına hücuma həsr olunmuşdur. Gün çıxmadan Vikinqlər gəmilərdə dəniz ilə düşmənin qalasına yaxınlaşırlar. Plana görə hücum düşmənin xəbəri olmadan və qəflətən baş verməlidir, lakin planı həyata keçirdə bilmirlər. Düşmən gizli hücum haqqında xəbər tutur. Sonra baş qəhrəman Eyvor qoşunu ilə alov atəşinə tutulur, buna baxmayaraq, onlar sahilə çıxa bilirlər. Qalanın darvazasını qoçbaşı vasitəsi ilə sındırırlar və düşmən başçısına hücum edirlər.

    Bundan əlavə, videoda açıq dünyaya, personajın bacarıqlarına, avadanlıq və digərlərinə baxmaq olar.

    Çox güman ki, bu video kütləvi nümayiş üçün nəzərdə tutulmayan erkən görüntüsüdür.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.