Oyunların rəqəmsal satışları oyun bazarını ələ almaqda davam edir. Artıq bəzəkli qutularda satılan diskləri almaq əvəzinə, alıcılar rəqəmsal oyunlara üstünlük verir. Məsələn, Capcom şirkəti istehsal etdiyi oyun və digər əyləncə məhsullarının 80%-i rəqəmsal olaraq satır.
Şirkət öz səhmdarları ilə görüşü zamanı bu barədə açıqlama verib. 80% heç də son hədd deyil. Göstərici artmaqda davam edəcək.
Biz, hal-hazırda bu həddi 90% nəzərdə tutaraq rəqəmsal satış strategiyamızı inkişaf etdiririk. Ancaq son nəticədə, bu planlar uzunmüddətli gedişatda bizim istifadəçilərdən asılıdır. Hələ də, disklərə üstünlük verən alıcılar var. Biz rəqəmsal satışların alıcılar əldə etdikləri üstünlükləri artırmaqla, göstəriciləri daha da yaxşılaşdırmaq istəyirik. Məqsədimiz, məhsullarımızın satışını uzun müddət ərzində və dünya səviyyəsində təşkil etməkdir.
GamesIndustry.biz portalının məlumatına görə, rəqəmsal məhsullara tələbatın artımı Capcom şirkətinin gözləntilərindən yüksək olmuşdur. Bu cür satışlar 2019-cu il üçün şirkət ümumi ticarətinin 53,3% təşkil edirdi və şirkətin proqnozlarına görə 2020-ci il üçün 75,4% qədər qalxmalıdır.
Hesab edilir ki, satışın kəskin artımına səbəb koronavirus pandemiyasıdır. İstifadəçi özünü və ətrafdakıları təhlükəyə atmaqdansa istədiyi oyunu evində qalaraq risksiz əldə etməyə üstünlük verir.