Warframe və Gears Tactic oyunların yaradıcılarına sahib Sony yox, Tencent oldu

    Keçən həftə, Sony şirkətinin, Leyou Technologies şirkəti satın almaq üçün mübarizəyə qoşulduğu haqda xəbər sızdı. Honkonq holdinq şirkəti, Digital Extremes (Warframe) və Splash Damage (Gears Tactics) daxil olmaqla bir çox tanınmış studiyanı idarə edir.

    Dünən Leyou Technologies birjadakı fəaliyyətini dayandırdı və sonra Tencent bir milyard dollardan çox məbləğə Leyou şirkətini özəlləşdirməyə hazırlaşdığını təsdiqlədi.

    Tencent 800-dən çox şirkətdən ibarətdir və bazar dəyəri üzrə dünyanın ən böyük korporasiyalarından biridir (680 milyard dollar). Çinlilər Riot Games (League of Legends yaradıcıları) studiyasına tam olaraq və Epic Games studiyasının isə 40% payına sahibdir. Tencent, həmçinin Activision Blizzard, Ubisoft, PUBG Corporation, Bluehole, Sumo Group, PlatinumGamesMarvelous Inc. şirkətlərinə sərmayə qoyub.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.