F1 2020 oyunun əsas xüsusiyyətlərinə həsr olunmuş yeni video təqdimat

    Codemasters studiyası, Formula 1 avto yürüşlər haqqında oyun simulyatorunun əsas xüsusiyyətlərinə həsr olunan yeni video təqdimatı yayımladı.

    Oyunçuları aşağıdakılar gözləyir:

    • Mənim komandam rejimi;
    • Bölünmüş ekran (Split screen) rejimində oyun;
    • 10 mövsümlü karyera rejimi;
    • “Formula 2” – tam mövsüm, yarım mövsüm və ya üç yarış (2020 mövsümü bu il ərzində pulsuz yeniləmələr ilə birlikdə əlavə olunacaq);
    • Mövsümün müddətini seçmək imkanı (10, 16 və ya 22 yarış);
    • 2 yeni yarış dairəsi – Hanoy (Vyetnam) və Zandvort (Hollandiya);
    • Yeni müqavilə sistemi;
    • Arxaya baxmaq üçün virtual güzgü;
    • İdarəetmə yardımını fərdiləşdirmək imkanı;
    • Klassik avtomobillər;
    • Avtomobili və sürücünü fərdiləşdirməyə istifadə olunan əşyaları qazanmaq üçün Podium Pass;

    Qeyd edək, bu F12020 oyununda yarış dairələri siyahısında paytaxtımızda yerləşən sürətli motor yarışması dairəsi – Bakı Şəhər Halqası da var.

    F1 2020 İyulun 10-da PC, PlayStation 4, Xbox One və Google Stadia-da dərc olunacaq. Lakin Michael Schumacher Deluxe Edition versiyasının alıcıları oyunu üç gün əvvəl – 7 iyulda əldə edəcəklər.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.