The Tribune Hindistan qəzetində verilən məlumata görə, 17 yaşlı pəncablı bir gənc, PlayerUnknown’s Battlegrounds (PUBG) oyunun mobil versiyasına 21 min dollardan çox pul xərcləyir. O, bu pulları üç hesabdan, yəni şəxsi hesabından və valideynlərinin hesablarından əldə edərək oyun üçün sərf edir.
Şəxsiyyətinin gizli saxlanılmasını istəyən atanın dediyinə görə, oğlan anasından təhsili üçün istifadə edəcəyi adı ilə mobil telefonunu götürür. Dərsləri ilə məşğul olmaq əvəzinə o, günlərlə fasiləsiz PUBG Mobile oyununu oynayır və oyun daxili müxtəlif alışlar edir. Belə alışları tək özü üçün deyil, həm də oyun yoldaşları üçün də həyata keçirir.
İzi itirmək üçün, oyun həvəskarı, müntəzəm olaraq əməliyyatlar barədə SMS-ləri mobil telefondan silir və arada hesabdan hesaba pul köçürmələri edir. Ona görə də, bu haqq-hesabdan valideynlər çox gec xəbər tutur. Bu müddət ərzində oyunçu demək olar ki, atasının müalicəsi üçün yığılan pulları, anasının pensiya müavinətini və özünün təhsil xərclərini sərf edir.
Görünür, gənc, təhsil haqqında artıq unutmalı olacaq. Ata oyun “xəstəsi” olan oğlunu skuter təmiri emalatxanasına işə düzəldir. Yəgin ki, atanın niyyəti, olan borcu ödətdirməkdir, ya da pulun necə çətin qazanılmasını oğluna dərk etdirməkdir.
Avstraliyalı YouTube kanal aparıcısı Zevsin başına da maraqlı bir hadisə gəlir. O, PSN hesabından min dollar itdiyini aşkar edir. Hesabın sındırılmasından sübhələnərək çox qəzəblənir. Ancaq səbəb gözlənilməz olur.
Mən dünyada ən küt və ya ən uğursuz insanam. Bu gün PC-də oyun oynayırdım, amma qeympadım fon rejimində PS4-ə qoşulu qalmışdı. Demə, şəxsi hesabım heç də sındırılmayıb. Sadəcə olaraq, PSN səhifəsində düymələrin dəfələrlə basılması ilə, pulumu lazımsız yerə sərf etdim və 2031-ci ilə qədər ödənişli abunə oldum.