PlayStation 4 oyunları PlayStation 5-də işə salınacaq, hətta disklər vasitəsi ilə belə

    Sony şirkətinin təmsilçisi belə oyunların nəinki işə salınacağını, həm də mümkün olan qədər PS5 üçün yenilənmələr də əldə ediləcəyini söylədi.

    PS5 sahibləri istifadə olunmuş PS4 disklərini belə işə sala biləcəklər, bunu Sony, GameSparkın Yapon nəşrinə bildirib. PS3 və PS4-də olduğu kimi, oyun dəstəyi üçün disklərin sistemə daxil edilməsi tələb olunacaq və ya olunmayacağı hələ dəqiqləşdirilməyib.

    GameSpark müxbirləri Sony-dən gələcək nəsil PS5 konsolun köhnə nəsil konsolları, yəni PS3, PS2 və ilk nəsil PlayStation oyunlarını dəstəkləyəcəyi barəsində öyrənməyə çalışdı, lakin şirkət bu mövzuda şərh verməkdən imtina etdi.

    PS5 memarı Mark Zerni əvvəllər bildirmişdi ki, ən azı yüzə yaxın PS4 oyununun gələcək nəsil konsolda işə salınması mümkündür. Destiny 2, Marvels Avengers və Cyberpunk 2077 kimi oyunları isə öz növbəsində PS5 üçün pulsuz yenilənmə əldə ediləcək.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.