PUBG Mobile oyunu 0.19.0 versiyasında yeni xəritə, ağır zirehli avtomobil və iki yeni odlu silah əlavə olundu.

    Azərbaycanda, ən çox pul xərcləndiyi mobil tətbiqi olan PUBG Mobile oyunu üçün genişlənmələr adətən ayın əvvəllərində təqdim olunur və ənənəyə uyğun olaraq 0.19.0 saylı yamaq iyunun 7-dən etibarən rəsmi olaraq hamı üçün mövcuddur. Bu yeniləmə qeyri-adi hal ilə fərqləndi: oyunçuları virtual döyüşlərindən ayırmamaq üçün, ilk dəfə olaraq serverlər söndürülmədən yeniləndiyini qeyd etmək istərdik. Bundan əlavə olaraq oyunçular, Livik adlı Skandinaviya tərzdə olan yeni xəritə, həmən xəritəyə eksklüziv nəqliyyat vasitəsi və iki odlu silah əldə edə bilərlər. Görünür ki, PUBG Korporasiyası, iyulun 14-də başlayacaq 14-cü mövsüm üçün hazırlıq işlərini davam edir.

    Şirkət yeniliklərə həsr olunmuş video çarxını hazırladı. Videodan

    göründüyü kimi, Livik xəritəsinin təklif etdiyi bir-birindən fərqli ərazilərə uyğun olaraq oyunçular oyun tərzlərini tənzimləməlidir. 15 dəqiqəlik döyüş yarışları Livik xəritəsi üçün adi hal olacağı məlum oldu. Bu da tez oyun sessiyasına üstünlük verənlər üçün xoş amildir. Bir məqamı da qeyd edək ki, Livik hal-hazırda beta versiyalı xəritə olduğundan, üzərində işlər davam edir və zaman keçdikcə düzəlişlər və dəyişikliklər gözlənilir.

    Yeni xəritədən başqa, oyunçular xəritəyə eksklüziv olan ağır-yüklü avtomobil (Monster Truck) ilə oyunda tez və rahat hərəkət edə bilərlər.

    Yeni nəqliyyat vasitəsi hər hansı bir oyunçunun ürəyini açmasa, o zaman bəlkə xəritəyə eksklüziv olan iki yeni atəş silahı onları sevindirdi? SMG: P90Mk 12 tüfənglərini yeniləmənin ilk günündən oyun zamanı əldə etmək olar və yaxın zamanlarda yeni silahlar ilə atəş açmaq peşəsinə yaxşı yiyələnmək üçün oyun daxili tədris tədbirləri baş verəcək.

    Oyunun klassik rejimində, ErangelMiramar xəritələri üçün Spark the Flame adlı yeni müvəqqəti oyun rejimi mövcud olacaq. The Ancient Secret müvəqqəti rejimi hələ tam hazır olmadığından daha sonrakı tarixə qədər görünməyəcək. 13-cü mövsüm başa çatdıqdan sonra Mövsüm Qabağı İsinmə Dövrəsi ilə 14 iyulda 14-cü mövsümün başlayacaq.

    Yamaq ilə oyuna əlavə olunan yenilikləri:

    • LIVIK adlı, Skandinaviya ərazisində xüsusi oyun təcrübəsini bağışlayan müstəsna orijinal xəritə
    • Daha maraqlı təcrübə üçün 2 kvadrat kilometr ölçülü xəritədə 52 oyunçunun döyüşü
    • 15 dəqiqə ərzində qalib olmaq üçün qısa döyüşlər
    • Dəyişən ərazi ilə strategiyanı tənzimləməklə oyun təcrübəsi
    • Xəritəyə eksklüziv olan SMG P90MK12 silahları
    • Xəritəyə eksklüziv olan ye ağır zirehli avtomobil

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.