Roblox oyunundan gələn £4,642 dəyərində hesab valideyni şoka saldı

    11 yaşlı qızının smartfonunda olan bir tətbiqə sadəcə £5 ödəyən ata, bir ay sonra £4,642 hesabını görəndə şoka düşdü.

    72 yaşlı Stiv Kamminqin sözlərinə görə, o, öz qızına icazə verdi ki, Roblox şirkətinə debet kartından birdəfəlik ödəməni həyata keçirsin.

    Bir ay sonra balansına baxdıqda £4,642 hesabdan silindiyini gördü.

    Təxminən £3500 itirdiyini anlayan kimi, debet kartı ləğv etmək qərarına gəldi. Bunun üçün HSBC bankına zəng etdi. Amma buna baxmayaraq daha £1000 hesabdan silinərək Google Play vasitəsilə Roblox şirkətinə ödənildi.

    Stiv oyunun satış şərtlərini oxumadan £5 ödənişinə razılıq verdiyini etiraf etdi. Ancaq o, təsəvvürünə gətirə bilməzdi ki, uşaqlar üçün yaradılmış oyunda bir neçə həftə ərzində minlərlə əməliyyat keçirilərək minlərlə funt sterlinqi xərcləmək imkanı yaradılıb. O gileylənərək söylədi:

    “Qızım, maddi durumu bildikdə həqiqətən üzüldü. Oyunda olan virtual pulu istifadə etdiyini düşünürdü – pulların real olduğu ona aydın deyildi. Belə şirkətlərə oyunlarda yetkinlik yaşına çatmayan uşaqları pul tələsinə salmağa necə icazə verilə bilər?”.

    Kütləvi mətbuatın Roblox ilə əlaqəsindən sonra, vəsaitin geri qaytarılacağı söylənib.

    Qeyd etmək lazımdır ki, Roblox, dünyada 100 milyon istifadəçisi olan çoxnəfərli onlayn oyunudur. Xüsusilə az yaşlı uşaqlar arasında məşhurdur. Onun biznes modeli oyun daxili satışlara əsaslanır.  Roblox oyunun yüklənməsi pulsuzdur, lakin istifadəçilər oynayarkən pul xərcləyə bilər.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.