Oyun elektromobillərin əyləncə sistemində quraşdırılacaq
Tesla avtomobilləri şirkətin müntəzəm olaraq istifadə etdiyi “yenilənmə qabiliyyəti” ilə tanınır: mütəmadi olaraq həm yeni xüsusiyyətlər, həm də əyləncə imkanları əlavə edilir.
Yaxın gələcəkdə belə bir yeni imkanlar GTA 5 oyununda ola bilər – oyunun multimedia sistemində yaranmasını bu yaxınlarda Elon Musk öz Twitter səhifəsində elan etdi. Tesla-nın rəhbəri Rockstar Games-in (GTA 5-in naşiri) karikaturasını Twitter-də yerləşdirdi və şəkilə aid olan şərhlərdə vurğulandı ki, Tesla maşını yaxın vaxtlarda GTA oyununda olacaq.

Bununla belə, bir çox istifadəçi bu ideyanın reallaşmasının mümkün olacağına şübhə etdilər.
Onların fikrincə, GTA 5 sadəcə olaraq arkada oyunu deyil, daha çox resurs tələb edən bir oyundur.
Tesla əyləncə sisteminin hardware imkanları həqiqətən kifayət etməzsə, şirkət avtonom maşın idarəetmə sisteminin hesablama imkanlarından istifadə edə bilər: süni intellektin hesablanması üçün cavabdeh olan iki prosessorun məhsuldarlığı 72 TFLOPS-a çatır, müqayisə üçün Xbox One X-in məhsuldarlığı 12 TFLOPS-dur.