Tesla sahiblərinin avtomobilləri GTA 5 oyununda olacaq

    Oyun elektromobillərin əyləncə sistemində quraşdırılacaq

    Tesla avtomobilləri şirkətin müntəzəm olaraq istifadə etdiyi “yenilənmə qabiliyyəti” ilə tanınır: mütəmadi olaraq həm yeni xüsusiyyətlər, həm də əyləncə imkanları əlavə edilir.

    Yaxın gələcəkdə belə bir yeni imkanlar GTA 5 oyununda ola bilər – oyunun multimedia sistemində yaranmasını bu yaxınlarda Elon Musk öz Twitter səhifəsində elan etdi. Tesla-nın rəhbəri Rockstar Games-in (GTA 5-in naşiri) karikaturasını Twitter-də yerləşdirdi və şəkilə aid olan şərhlərdə vurğulandı ki, Tesla maşını yaxın vaxtlarda GTA oyununda olacaq.

    Bununla belə, bir çox istifadəçi bu ideyanın reallaşmasının mümkün olacağına şübhə etdilər.

    Onların fikrincə,  GTA 5 sadəcə olaraq  arkada oyunu deyil, daha çox resurs tələb edən bir oyundur.

    Tesla əyləncə sisteminin hardware imkanları həqiqətən kifayət etməzsə, şirkət avtonom maşın idarəetmə sisteminin hesablama imkanlarından istifadə edə bilər: süni intellektin  hesablanması üçün cavabdeh olan iki prosessorun məhsuldarlığı 72 TFLOPS-a çatır, müqayisə üçün Xbox One X-in məhsuldarlığı 12 TFLOPS-dur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.