Nacon naşiri, yeni Test Drive oyunun ilk qısa reklam çarxını təqdim etdi. Solar Crown alt başlığı altında buraxılacaq.
Nəşriyyat, aprel ayında Test Drive: Solar Crown adlı ticarət markasını və daha sonra oxşar adla domeni qeydiyyatdan keçirdi. Günəş Tacının (Solar Crown) nişanı da videoda gösrsəndi.

İyulun 7-də olacaq Nacon Connect tədbirində oyun elan ediləcək. Eyni tədbirdə GreedFall yaradıcılarından yeni bir oyun ilə bərabər Rogue Lords, Werewolf: The Apocalypse – Earthblood and Vampire: The Masquerade – Swansong kimi bir neçə gözlənilən layihələr də nümayiş ediləcəkdir.